YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida sərgisində təmsil olunacaq

Sentyabrın 20-23-də İstanbulda “CNR Food İstanbul 2017” Beynəlxalq qida və içki məhsulları, qida emalı sistemləri, qablaşdırma, soyutma, daşıma və market avadanlığı sərgisi keçiriləcək.

“CNR Food İstanbul 2017”də Azərbaycan, İtaliya, Almaniya, Böyük Britaniya, Yunanıstan, Çin, Yaponiya, İran, İraq, Liviya, Birləşmiş Ərəb Əmirlikləri, Sudan, Hindistan, Əlcəzair, Tunis, Rusiya və digər ölkələrdən bu sektorda fəaliyyət göstərən şirkətlər təmsil olunacaq.

Ümumilikdə, tədbirdə çoxlu sayda yerli şirkət və 84 ölkədən 35 minə yaxın ziyarətçinin gəlməsi nəzərdə tutulub.