YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yunanıstanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır

Xarici işlər naziri Elmar Məmmədyarov Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqas ilə diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüşüb.

Xarici işlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfir Dimitrios Tsounqas diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib, Azərbaycan və Yunanıstan arasında mövcud olan dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəmədiyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov səfir Dimitrios Tsounqasa gələcək fəaliyyətində uğurlar arzu edib.