YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Jara” həyəcanı davam edir: Festival iştirakçılarının qırmızı xalı üzərindən növbəti keçidi başlayıb

"Jara-2017" Beynəlxalq Musiqi Festivalının ikinci günündə iştirak edən ifaçıların qırmızı xalı üzərindən növbəti keçidi başlayıb.

İlk olaraq xalı üzərindən Qlyukoza, Ani Lorak, MBAND qrupu, Timur Rodrigez, Potap və Nastya keçiblər. Qırmızı xalı üzərində pərəstişkarları ilə fotoşəkillər çəkdirən, jurnalistlərin suallarını cavablandıran müğənnilər festivalın birinci gününün konsertinin möhtəşəm olduğunu vurğulayıblar.

Tədbirin bu hissəsində Yuliya Lısenko və Slava Nikitin aparıcılıq edirlər.

Xatırladaq ki, festivalın ikinci günündə musiqisevərləri SSRİ Xalq Artisti Sofiya Rotaru ilə maraqlı görüş gözləyir. Görkəmli müğənni “Jara”ya ən çox sevilən mahnıları ilə gəlib. Sofiya Rotarunun yubileyinə həsr olunmuş proqramdan əvvəl təşkil olunan qala-konsertdə Ani Lorak, Potap və Nastya, Timur Rodrigez, Artik & Asti, LOBODA, MBAND qrupu, Slava, Аlekseyev, Valeriya, Qriqori Leps, “Vremya i Steklo”, EMİN, İrina Dubtsova, Qlyukoza, Jasmin, Lev Leşşenko, Polad Bülbüloğlu və başqalarının iştirakı gözlənilir.

DİGƏR Xəbərlər Arxiv