YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atılır

«Əvvəlki illərdə iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı görülən tədbirlər artıq müsbət nəticələr verir». Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, bu ilin birinci yarısında qeyri-neft sənayesində artımın baş verməsi buna sübutdur. Onun sözlərinə görə,  xarici şoklar 2016-cı ildə ölkə iqtisadiyyatına müəyyən qədər təsir göstərmişdi.

«Problemlərin həlli üçün çevik iqtisadi siyasət tədbirləri müəyyənləşdirildi və uğurla həyata keçirilməyə başlanıldı. Hazırda qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atılır. Bu gün sənayedə irəliləyiş var, həmçinin  Azərbaycanın investisiya qoyduğu nəqliyyat, tranzit sahələri uğurla inkişaf edir. bütün bunlar gələcək perspektivlərdən xəbər verir»- deyə, deputat qeyd edib.