YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə Mərakeş Krallığının milli bayramı – Taxt-Tac Günü münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Əminəm ki, Azərbaycan ilə Mərakeş arasındakı münasibətlər ortaq mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Mərakeş xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.”