YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “Dəniz kuboku - 2017” beynəlxalq yarışlarının təntənəli açılış mərasimi keçiriləcək

“Beynəlxalq Ordu Oyunları – 2017” çərçivəsində ölkəmizdə keçiriləcək “Dəniz kuboku - 2017” beynəlxalq yarışlarının təntənəli açılış mərasimi avqustun 1-də saat 18:30-da Bakı Dənizkənarı Bulvarında (Saat qülləsinin qarşısında) başlanacaq.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, açılış mərasiminə ictimaiyyət nümayəndələri, şəhər sakinləri, hərbçilər və xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş nümayəndələri qatılacaqlar.

Yarışlarda Azərbaycan, Rusiya, İran və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin gəmi heyətləri, eləcə də müşahidəçi qismində Türkiyə, Səudiyyə Ərəbistanı və Bəhreyn Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.