YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsinin ilkin mərhələsində iştirak ediblər

Beynəlxalq Ordu Oyunları çərçivəsində “Tank biatlonu” müsabiqəsinin “Fərdi sürmə” mərhələsinə start verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, T-72B3 tankında yarışlarda iştirak edən Azərbaycan heyəti Küveyt və Monqolustan komandalarını geridə qoyaraq ilkin mərhələni öz qruplarında ikinci yerdə başa vurublar.

“Tank biatlonu” müsabiqəsində 19 ölkədən 55 tank heyəti iştirak edir və yarışlara avqustun 12-də yekun vurulacaq.