YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: Özəl bölmənin davamlı şəkildə dəstəklənməsi yüksək nəticələr verməkdədir

«Son 13 ildə özəl bölmənin davamlı şəkildə dəstəklənməsi və güclü milli sahibkarlar ordusunun formalaşdırılması Azərbaycanda həyata keçirilən məqsədyönlü iqtisadi inkişaf strategiyasının mühüm istiqamətini təşkil edib». Bu fikri Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu sahibkarlara qayğı siyasəti Prezident İlham Əliyev tərəfindən də eyni ardıcıllıqla davam etdirilir. Belə ki, dövlət başçısının siyasi iradəsinə uyğun olaraq özəl bölmə təmsilçilərinə həm siyasi cəhətdən, həm də maddi baxımdan hərtərəfli kömək göstərilir.

«Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, 2004-cü ildən bu günə qədər respublikamızda sahibkarlara təxminən 2 milyard manat dəyərində güzəştli şərtlərlə kreditlər verilib. Davamlı dövlət dəstəyi sayəsində ölkədə məşğulluqda və vergi daxilolmalarında özəl bölmənin çəkisi 70 faizi ötüb. Yeni şəraitdə respublikamızda kiçik və orta sahibkarlıq subyektlərinin istehsal imkanlarının artırılması məqsədilə həyata keçirilən genişməzmunlu islahatlar özəl sektorun investisiya cəlbediciliyinin artmasına, sahibkarların yeni ideyalarını həyata keçirmələrinə və onların maddi imkanlarının daha da genişlənməsinə əlverişli iqtisadi mühit formalaşdırır. Ölkədə yaranmış yeni şəraitdə biznes mühitinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vergi bazasının genişləndirilməsi yolu ilə sahibkarların vergi yükünün azaldılması, gömrük rəsmiləşdirilməsinin və bütün idxal-ixrac əməliyyatlarının tam şəffaf aparılması xüsusi aktuallıq kəsb edir. Bundan başqa, Prezident İlham Əliyevin siyasi iradəsi əsasında sahibkarlıq subyektlərində yoxlamalar 2 il müddətinə dayandırılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində verilməsinə başlanılıb»- deyə, İ.Məmmədov qeyd edib.