YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Piter Teyz: Azərbaycanda müxtəlif dinlərə və etnik qruplara mənsub insanlar əsrlər boyu bir ailə kimi yaşayıblar

«Dünya birliyi bilməlidir ki, Bakının mərkəzində bərpa olunmuş erməni kilsəsi var, Azərbaycan hökuməti burada erməni dilində beş mindən çox kitabı qoruyub saxlayır. Digər tərəfdən, Ermənistan silahlı qüvvələri suveren Azərbaycanın ərazisində etnik təmizləmələr, kütləvi qətllər törədib, mədəni, dini və arxeoloji irs obyektlərini dağıdıblar». Bu fikirləri Beynəlxalq münasibətlər üzrə tanınmış amerikalı ekspert Piter Teyz deyib.

Piter Teyz bildirib ki, Azərbaycan Prezidenti  İlham Əliyevin haqlı olaraq bəyan etdiyi kimi, multikulturalizm əsrlər boyu həmişə xalqımız üçün səciyyəvi olub. Onun sözlərinə görə, Azərbaycanda müxtəlif dinlərə və etnik qruplara mənsub insanlar əsrlər boyu bir ailə kimi yaşayıblar. Azərbaycanın strateji coğrafi mövqeyi, onun xalqının mədəni xüsusiyyətləri və etnik tərkibi, buradakı tarixi proseslər müxtəlif dinləri, mədəniyyətləri, etnik qrupları və sosial dəyərləri ehtiva edən əlverişli sosial struktur yaradıblar.

«Azərbaycanda iuadizm, İslam, xristianlıq, habelə digər dini qruplar dinc yanaşı mövcud olub, bir-birinə qarşılıqlı təsir göstərib, ölkədə müəyyən dini və mədəni həyat tərzini bərqərar ediblər. Odlar Yurdu adlanan, Nuh peyğəmbərin doğulduğu yer olan Azərbaycan dünyada yeganə ölkədir ki, orada sünnilərlə şiələr eyni bir məsciddə ibadət edir və dini mərasimləri icra edirlər. Eyni zamanda, Azərbaycan dünyanın qədim xristian icmalarından biri üçün doğma evdir, bu icma əsrlər boyu Azərbaycanın sosial-mədəni irsinin formalaşmasına şərait yaradıb. Bu çoxəsrlik təcrübə Azərbaycanda harmoniya, dinc yanaşı yaşama, dini dözümlülük mədəniyyəti, qarşılıqlı etimad və inam ab-havası yaradıb, bunun sayəsində müxtəlif konfessiyalara mənsub olan insanlar – xristianlar, müsəlmanlar və yəhudilər sülh və qarşılıqlı hörmət şəraitində yaşayırlar. Bu birlik Azərbaycan mədəniyyətinin və Azərbaycan cəmiyyətinin mühüm və parlaq tərkib hissəsi olaraq qalır»- deyə, amerikalı ekspert vurğulayıb.