YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Kamaləddin Qafarov: Uğurların qazanılmasında respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əzmkar mübarizəsinin, prinsipiallığının və təşkilatçılığının da böyük rolu vardır

«Bu gün öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında bir çox prioritet sahələr üzrə möhtəşəm uğurlar əldə edib. Bu uğurların qazanılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əzmkar mübarizəsinin, prinsipiallığının və təşkilatçılığının da böyük rolu vardır. Mehriban xanım  Əliyevanın rəhbərliyi ilə Azərbaycanda “Eurovision” müsabiqəsi, Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və digər çoxsaylı beynəlxalq tədbirlər yüksək səviyyədə keçirilib. Azərbaycan mədəniyyətinin, incəsənətinin beynəlxalq aləmdə təbliği işində Mehriban Əliyevanın misilsiz xidmətləri vardır». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

K.Qafarov bildirib ki, bütün bu xidmətlərini, ölkədə böyük nüfuzunu nəzərə alaraq Mehriban  Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması xalqımızın və dövlətimizin daha da inkişafı naminə, respublikamızın istər daxili, istər xarici siyasətində, istərsə də mədəni-ictimai həyatında daha böyük əzmkarlıqla fəaliyyət göstərməsinə şərait yaratdı. Onun son dövrlərdə keçirdiyi görüş və müşavirələr, iştrak etdiyi açılışlar, həmçinin, müvafiq dövlət qurumlarına verdiyi tapşırıqlar da bu qənaəti bir daha təsdiqləyir.

«Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti kimi ilk olaraq baş çəkdiyi, açılışında iştirak etdiyi yerlər sırasında Bakıdakı Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun binasının olması, onun səhiyyə sahəsinə hərtərəfli diqqət və qayğı ilə yanaşdığını bir daha təsdiqləyir. Son illərdə ölkədə səhiyyə xidmətinin ən müasir səviyyəyə çatdırılması, bu sahənin daha da təkmilləşdirilməsinə çox ciddi diqqət yetirilir. Bakıda və regionlarda mövcud tibb müəssisələrinin əsaslı təmirində, yenilərinin inşasında, Bakı qəsəbələrinin inkişafına dair xüsusi proqram üzrə sosial obyektlərin tikilib istifadəyə verilməsində də Mehriban xanımın xüsusi rolu olmuşdur. Heydər  Əliyev Fondunun səhiyyə sahəsində reallaşdırdığı "Talassemiyasız həyat", "Diabetdən əziyyət çəkən uşaqlara qayğı" və digər proqramlar çərçivəsində diabetli, hemofiliyalı, fiziki cəhətdən qüsurlu uşaqların sağlamlığı qayğısına qalan Mehriban xanımın bilavasitə diqqət və qayğısı ilə Bakıda Talassemiya Diaqnostika Mərkəzinin, tələbatı ödəyəcək qədər ehtiyata malik Qan Bankının yaradılması da deyilənlərə sübutdur. Məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə diabetli xəstə uşaqlara pulsuz tibbi yardım göstərilməsi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq genişlənmişdir. Ürək xəstəliklərindən əziyyət çəkən 1400 uşağın ölkə daxilində müalicəsinə, bir qisminin isə xüsusi ölkələrdə cərrahiyyə əməliyyatı aparılmasına köməklik göstərilmişdir. Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasının istifadəyə verilməsi səhiyyənin ən ağrılı problemlərinin həlli istiqamətində görülən əvəzsiz işdir. Klinika müasir təbabətin qlobal problemlərindən olan uşaqlarda onkoloji xəstəliklərin fəsadlarına qarşı mübarizədə çox mühüm funksiyanı yerinə yetirir.

Mehriban xanımın vəzifəyə başlayandan sonra keçirdiyi ilk iclası qaçqın və məcburi köçkünlərə, həmçinin hərbçilərin problemlərinə həsr etməsi, dövlətimizin bu sahələrə xüsusi həssaslıqla yanaşdığını bir daha təsdiqləyir. Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanı doğum günü münasibəti ilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, ölkəmizin dinamik inkişafı, əhalinin sosial rifahının artırılması, Respublikamızın beynəlxalq imicinin formalaşdırılması sahəsində ciddi strateji planlarının reallaşdırılması yolundakı siyasi fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq»- deyə, K.Qafarov qeyd edib.

DİGƏR Xəbərlər Arxiv