YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan işgüzar turizm bazarının liderləri siyahısındadır

Rusiyanın “Aeroklub” şirkətlər qrupu işgüzar turizm bazarının liderlərini müəyyən edib.

Mədəniyyət və Turizm Nazirliyi xəbər verir ki, Azərbaycan rusiyalıların yaxın xarici ölkələr arasında biznes məqsədilə ən çox səfər etdiyi 5 ölkə siyahısına daxil edilib.

Tədqiqatın nəticələrinə görə, 2017-ci ildə rusiyalılar biznes səfərləri üçün Qazaxıstan, Özbəkistan, Gürcüstan, Belarus və Azərbaycanı seçiblər. Son bir neçə il ərzində Gürcüstan ilk dəfə olaraq lider üçlüyə daxil olub. Rusiyadan bu ölkəyə biznes-uçuşların sayı 2,5 dəfə artıb.

Ukrayna siyahıda 6-cı mövqeyə enib. İki ölkə arasında birbaşa aviauçuşlar ləğv edildiyindən Rusiya iş adamlarının 70 faizi Belarus, 17 faizi Azərbaycan və 4 faizi Latviyadan tranzit yolla Ukraynaya gedir.

Qeyd edək ki, “Aeroklub” şirkətlər qrupu korporativ müştərilər üçün işgüzar səfərlər və tədbirlər təşkil edir. Şirkətin Moskva, Sankt-Peterburq və Vladivostokda ofisləri var.