YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan "Şərq Tərəfdaşlığı" XİN rəhbərlərinin görüşündə təmsil olunacaq

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Avropa İttifaqına (Aİ) üzv olan ölkələr və "Şərq Tərəfdaşlığı" dövlətləri XİN rəhbərlərinin qeyri-rəsmi görüşündə Azərbaycanı təmsil edəcək.

Bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

Onun sözlərinə görə, bu görüş sentyabrın 8-də Tallində baş tutacaq.

Görüşdə noyabrın 24-də Brüsseldə keçiriləcək "Şərq Tərəfdaşlığı" sammitinə hazırlıq məsələləri müzakirə olunacaq.