YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: “The Guardian” və “The Washington Post” qəzetlərində dərc olunmuş yazıların mahiyyətindən bəlli olur ki, bu, erməni lobbisi və anti-Azərbaycan dairələrin sinxron fəaliyyətinin məhsuludur

“Azərbaycanın uğurlu daxili və xarici siyasət kursu, müxtəlif sahələrdə əldə edilən çoxsaylı nailiyyətlər müəyyən qüvvələr tərəfindən qısqanclıq və narahatlıqla qarşılanır. Ona görə də həmin dairələr ölkəmizin uğurlarına, eləcə də müsbət beynəlxalq imicinə kölgə salmaq üçün müxtəlif formalarda “qara piar” kampaniyası aparırlar. Bu prosesdə müxtəlif vasitələrdən istifadə olunur.  “The Guardian” və “The Washington Post” qəzetlərində Azərbaycan əleyhinə dərc olunmuş sifariş xarakterli yazılar da məhz bu məqsədlərə xidmət edir”. Bu sözləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Onun sözlərinə görə, bəhs olunan nəşrlərdə yer alan yazılar qeyri-obyektiv xarakterli və qərəzlidir: “Biz ilk öncə Azərbaycana qarşı yönələn kampaniyanın motivlərinə diqqət yetirməliyik. İnanmıram ki, Amerika və Avropa Azərbaycanla  kifayət qədər uğurlu olan münasibətlərə xələl gətirilməsinin tərəfdarı olsunlar. Düşünürəm ki, bu, erməni lobbisi və onun havadarlarının təşəbbüsüdür. Məqsəd Azərbaycanı Avropadan, Avropa dəyərlərindən, demokratik inkişaf yolundan döndərməkdir. Bu məsələdə də erməni lobbisi öz havadarlarının əlində  bir alətdir”. 

S.Fətəliyeva əlavə edib ki, bütövlükdə “The Guardian” və “The Washington Post” qəzetlərində Azərbaycan əleyhinə dərc olunmuş yazıların mahiyyətinə nəzər saldıqda bəlli olur ki, bu, erməni lobbisi və anti-Azərbaycan dairələrin sinxron fəaliyyətinin məhsuludur. Bu cür təxribatçı cəhdlər və manipulyasiya xarakterli səylər dəfələrlə qeydə alınıb və uğursuzluğa düçar olub”. 

“Azərbaycan müstəqil siyasət həyata keçirir, ölkəmizin beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənir. Hər hansı bir nəşr və ya qurum vasitəsilə ölkəmizə qarşı aparılan təzyiq kampaniyası iflasa məhkumdur. Əgər onlar belə yazılarla müstəqil siyasətimizə təsir edəcəklərini düşünürlərsə, tamamilə yanılırlar. Çünki Azərbaycan dövlətinin qətiyyətli mövqeyi və müstəqil siyasətinə bu cür vasitələrlə təsir etmək mümkün deyil”,-deyə Sevinc Fətəliyeva əlavə edib.