YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: İşğalçı Ermənistan müxtəlif cəhdlərlə prosesi pozur

«ATƏT-in Minsk qrupu danışıqların intensivləşməsi ilə yanaşı təcavüzkar Ermənistana qarşı ciddi addımlar atmalıdır». Bu fikri  «Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması» İctimai Birliyinin İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, proseslər deməyə əsas verir ki, danışıqlar prosesində Azərbaycanın mövqeyi xeyli güclənib. Bu səbəbdən də işğalçı Ermənistan müxtəlif cəhdlərlə prosesi pozur.

«Ermənistan sülhə getməsə Azərbaycanın hərbi gücü ilə qarşılaşacaq. Belə olan halda, işğalçılar başqasının torpağına göz dikməyin nə ilə nəticələndiyini dərk edəcəklər. Dağlıq Qarabağın azərbaycanlı icması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir. Biz inanırıq ki, dövlət başçısının qətiyyətli mövqeyi nəticəsində problem özünün ədalətli həllini tapacaq»- deyə, deputat qeyd edib.