YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oqtay Əsədov: Danışıqlar prosesi sonsuz davam edə bilməz

“ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesinin davam etməsinə baxmayaraq, münaqişə hələ də öz həllini tapmayıb. Danışıqlar prosesi sonsuz davam edə bilməz və bu məsələnin həllinin həvalə olunduğu Minsk qrupu daha qətiyyətli addımlar atmalıdır”. Bu fikirləri  Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyasının (PA) sədri xanım Kristin Muttonenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə səsləndirib.

K.Muttonen ATƏT PA-nın Azərbaycanla sıx əlaqələrindən məmnunluq ifadə edib. O, dünyada terrorizm dalğasının tüğyan etdiyi, təhlükəsizliyə daha çox ehtiyac duyulduğu bir dövrdə bu əlaqələrin əhəmiyyətini vurğulayıb.