YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: Hazırda qeyri-neft sektorunun inkişafında istiqamətində çox ciddi nəticələr əldə olunmaqdadır

«Hazırda qeyri-neft sektorunun inkişafında istiqamətində çox ciddi nəticələr əldə olunmaqdadır». Bu fikri Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, bu amil  ölkə iqtisadiyyatının çoxvektorlu inkişafı üçün fundamental sütun deməkdir. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev sosial-iqtisadi siyasətinin strateji məqsədləri sərbəst bazar münasibətlərinə və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təsərrüfat sisteminə inteqrasiyasının təmin edilməsidir.

«Davamlı və dinamik inkişafa əsaslanan bu siyasətin həyata keçirilməsi nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilib, makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənib, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunub, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşıb. Hazırda bu istiqamətdə dövlət tərəfindən aparılan siyasət uğurla davam etdirilir»- deyə, deputat qeyd edib.