YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Əsas məqsəd davamlı sosial siyasət vasitəsilə insan kapitalını inkişaf edirməkdir

«Azərbaycan dövlətinin ən əsas strateji məqsədi davamlı sosial siyasəti vasitəsilə insan kapitalını inkişaf edirməkdir». Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, ölkədə iqtisadiyyatın tarazlı və dayanıqlı inkişafını təmin etmək, əhalinin sosial rifahını yüksəltmək, eləcə də cəmiyyətin bütün istiqamətlərdə tərəqqisini sürətləndirməklə inkişafın keyfiyyətcə yeni modelini formalaşdırmaq Azərbaycan dövlətinin fəaliyyətində mərkəzi yer tutur. Onun sözlərinə görə, bu məqsədlə Azərbaycan dövləti tərəfindən  növbəti illərdə həyata keçiriləcək “Azərbaycan-2020:Gələcəyə Baxış” İnkiaşf Konsepsiyası hazırlanıb.

«Bu mükəmməl konsepsiyada heç bir sahə diqqətdən kənarda qalmayıb, yoxsulluğun azaldılması, məşğulluğun səviyyəsinin yüksəldilməsi, həssas qrupların sosial müdafiəsi, sahibkarlığın inkişaf etdirilməsi, yüksək keyfiyyətli təhsil sisteminin yaradılması, təbii sərvətlərdən istifadənin azaldılması və digər məsələlər barədə əsaslı inkişaf proqramı ortaya qoyulub. Azərbaycan 2020-ci ilədək yoxsulluğun aradan qaldırılması üçün qarşıya qoyduğu vəzifələri uğurla yerinə yetirmək imkanına malikdir. Yeni iş yerlərinin açılması, azad sahibkarlıq fəaliyyətinə dəstək verilməsi və digər mühüm amillər bunu təmin edəcək»- deyə, YAP Siyasi Şurasının üzvü qeyd edib.