YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gövhər Baxşəliyeva: Ölkəmizdə elmi potensialın qorunması, inkişaf etdirilməsi yönündə mühüm addımlar atılmaqdadır

«Azərbaycan elmi daim böyük nailiyyətlər qazanıb». Bu fikri Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva deyib.

G.Baxşəliyeva bildirib ki, bütün inkişaf etmiş ölkələrdə dövlət büdcəsindən elmə və müdafiə xərclərinə daha çox vəsait ayrılır. Çünki hər bir sahənin inkişafı elmi əsaslara söykənməlidir.

«Azərbaycan dövləti də bu məsələyə xüsusi diqqət yetirir. Bu amil  elmin inkişafına güclü təkan verməklə onun müasir dünya elmində özünə layiqli yer tutmasına imkan yaradır. Bu gün dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə elmi potensialın qorunması, inkişaf etdirilməsi yönündə çox mühüm addımlar atılmaqdadır. Son illər ərzində, elm müəssisələrinin maddi-texniki təminatlarının gücləndirilməsi, elmi işçilərin maddi rifah halının yaxşılaşdırılması, akademik və elmi məktəblərin qorunub saxlanılması və elmi kadr hazırlığı işinin, Milli Elmlər Akademiyasının strukturunun təkmilləşdirilməsi yönündə müxtəlif qərarlar qəbul olunub. Bütün bunlar isə Azərbaycan elmi qarşısında yeni üfiqlər açıb»- deyə, akademik vurğulayıb.