YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın müdafiə naziri İsrailə səfərə yola düşüb

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanın dəvəti ilə Təl-Əviv şəhərinə yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, rəsmi səfər çərçivəsində general-polkovnik Z.Həsənovun İsrailin müdafiə naziri ilə görüşü, Silahlı Qüvvələrin Komanda və İdarəetmə Mərkəzini, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən müəssisələri ziyarət etməsi və digər tədbirlərdə iştirakı nəzərdə tutulub.