YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Azərbaycanın tarixi coğrafiyası həmişə multikulturalizmin bütün dünyada əsas vətənlərindən biri olub

«Azərbaycan xalqı yüz, hətta min illər boyu multikultural bir xalq kimi formalaşıb, Azərbaycanın tarixi coğrafiyası həmişə multikulturalizmin bütün dünyada əsas vətənlərindən biri olub». Bu fikri Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tarixi ənənələrə istinad edərək multikulturalizmi Azərbaycan dövlətinin siyasəti səviyyəsinə yüksəltməklə həmin siyasətin geniş perspektivlərini, potensial imkanlarını da müəyyənləşdirib. Onun sözlərinə görə, beynəlxalq aləmdə get-gedə iqtisadi, ictimai-siyasi və mədəni nüfuzu güclənən Azərbaycanın əsas müəlliflərindən biri olduğu multikulturalizm siyasətini və ideologiyasını müasir dünyaya daha geniş miqyasda çatdırmasına böyük ehtiyac vardır.

«Multikulturalizm bəşəriyyət və hər bir bəşər övladı üçün genetik baxımdan  təbii bir hadisə olmalıdır. İlk növbədə ona görə ki, bu gün bəşəriyyəti  fərqləndirən mədəni xüsusiyyətlər tarixi diferensiasiyanın nəticəsidir. Həmin fərqliliklərin genetik əsasında kifayət qədər güclü eynilik dayanır ki, bu da müasir dövrdə sürətlə gedən inteqrasiya  proseslərinin ümumi məntiqində  əks olunur.

«Multikulturalizmin Azərbaycan təcrübəsi sübut edir ki, müxtəlif mənşəli etnoslar eyni, yaxud oxşar etnoqrafik məkan yaratmaq  imkanlarına malikdirlər, öz dillərinin ünsiyyət sferasını qorumaq şərtilə regionda daha geniş yayılmış Azərbaycan dilindən ümumi ünsiyyət vasitəsi kimi rahat istifadə edirlər, hər bir din təmsilçisi digər dinlərə mənsub olan azlıqlara tamamilə dözümlü yanaşır və eyni sosial-siyasi münasibətlərin subyekti olmaqla Azərbaycan Respublikasının vətəndaşıdırlar. Ulu öndər Heydər Əliyevin milli dövlət quruculuğu siyasətində yerli etnoqrafik mühitlərin qorunması və inkişaf etdirilməsi həmişə  əsas olub. Bu gün isə yeni tarixi imkanlar şəraitində bu siyasət daha yüksək səviyyədə davam etdirilməkdədir»- deyə, N.Cəfərov vurğulayıb.