YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Avropa İttifaqı Tərəfdaşlıq Sazişi üzrə danışıqların növbəti mərhələsinə dair müzakirələr aparılıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni rəhbəri Kestutis Yankauskasla görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazir Elmar Məmmədyarov səfir Kestutis Yankauskası Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri qismində fəaliyyətə başlaması münasibətilə təbrik edib.

Səfir Kestutis Yankauskas fəaliyyəti dövründə Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə Azərbaycan-Avropa İttifaqı Tərəfdaşlıq Sazişi üzrə danışıqlar prosesinin növbəti mərhələsi ilə bağlı müzakirələr aparılıb. Danışıqlar prosesinin konstruktiv və qarşılıqlı anlaşma şəraitində aparılmasından məmnunluq ifadə olunub. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji, nəqliyyat, mülki aviasiya və humanitar sahədə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin və Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq siyasətinin region üçün əsas təhdid olduğunu deyən nazir Elmar Məmmədyarov münaqişənin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verib.