YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə naziri Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı ilə görüşüb

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov İsrailə səfəri çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun bu ölkədə yaşayan qardaşı Rantik Aqarunov ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüş zamanı ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi yad edilib, o cümlədən A.Aqarunovun həyat yolu, döyüşlərdə iştirakı bir daha xatırlanıb.

Bildirilib ki, ölkəmizdə yaşayan digər xalqların nümayəndələri kimi, yəhudi əsilli bu qəhrəman da daim vətəni bildiyi Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşüb, canını onun müstəqilliyi və suverenliyi uğrunda fəda edib.

R.Aqarunov qardaşının xatirəsinə göstərilən yüksək diqqət və qayğıya görə ailəsi adından Azərbaycan dövlətinə minnətdarlığını bildirib.