YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Bölgələrin sosial-iqtisadi inkişafı dövlət siyasətinin əsas prioritetləri sırasındadır

«Sahibkarlığın inkişafına dəstək, regionların inkişafı məsələsi dövlət siyasətinin  əsas prioritetlərindən biridir». Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, son bir neçə ildə aparıcı ölkələrin maliyyə bazarında baş verən neqativ meyillər, habelə əhalinin sayının çoxalması nəticəsində ərzaq məhsullarına olan tələbatın yüksəlməsi, iqlim dəyişkənliyi, su ehtiyatlarının məhdudluğu, təbii fəlakətlər və digər səbəblərə görə əsas ərzaq məhsullarının dünya bazarlarında qiymətlərin artmasına səbəb olduğu dövrdə bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevrilib. Onun sözlərinə görə, nəticədə ərzaq məhsulları ilə etibarlı təminat beynəlxalq və milli səviyyədə iqtisadi təhlükəsizliyin əsas tərkib hissəsi olmaqla dünya ölkələrinin siyasətində aparıcı istiqamətə çevrilib.

«Bu baxımdan, Azərbaycanda əhalinin etibarlı ərzaq təminatının dövlətin iqtisadi siyasətinin başlıca istiqaməti kimi qeyd edilməsi bir daha göstərir ki, ölkə hakimiyyətinin, Prezident İlham Əliyevin yürütdüyü siyasi kursun mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır. Beləliklə, bu gün bölgələrin hər bir guşəsində quruculuq və inkişafa yönəlik işlərinin aparılması, yeni yolların çəkilməsi, su və kanalizasiya xətlərinin dəyişdirilməsi, qazlaşdırmanın aparılması, məktəb, xəstəxana və digər sosial obyektlərin istifadəyə verilməsi, eləcə də kənd təsərrüfatı sahəsinin dirçəldilməsi, turizmin genişləndirilməsi müasir inkişaf mərhələsinin reallıqlarıdır. Bütün bu görülən işlər isə bir daha onu deməyə əsas verir ki, Prezidentimizin rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin inkişafını ən yüksək səviyyədə təmin edib və bu tendensiya ardıcıl surətdə davam etməkdədir»- deyə, deputat qeyd edib.