YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çionq Txi May: YAP-la Vyetnam Kommunist Partiyası arasında sıx əməkdaşlıq mövcuddur

«Azərbaycana səfər etməkdən çox məmnunam. Ölkəniz, xüsusilə Bakı şəhəri olduqca gözəldir. Dost ölkə olan Azərbaycanın sürətli inkişafı bizi çox sevindirir». Bu fikirləri Azərbaycanda səfərdə olan Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Siyasi Büronun üzvü, Vyetnam KP MK-nın xalq kütlələri ilə iş şöbəsinin müdiri xanım Çionq Txi May deyib.

Azərbaycana Yeni Azərbaycan Partiyasının rəhbərliyinin dəvəti ilə səfər etdiklərini deyən vyetnamlı qonaq bildirib ki, YAP-la Vyetnam Kommunist Partiyası arasında sıx əməkdaşlıq mövcuddur. Onun sözlərinə görə, partiyalarımız arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

«Bu sənəd partiyalarımız arasında əlaqələrin inkişafı üçün mühüm sənəddir. Hər iki partiya İCAPP çərçivəsində də fəal əməkdaşlıq edir. Onu da qeyd edim ki, YAP İCAPP-da nüfuzlu bir partiya kimi qəbul olunur. Azərbaycanın hakim partiyası bu təşkilatın bir sıra tədbirlərinə yüksək səviyyədə ev sahibliyi edib. Ümumiyyətlə, partiyalarımız arasında münasibətlərin daha da inkişafı üçün böyük potensial mövcuddur. Hesab edirəm ki, bundan sonra əlaqələrimiz daha da genişlənəcək»- deyə, xanım Çionq Txi May vurğulayıb.