YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Azərbaycanda mövcud milli-mədəni müxtəliflik, müxtəlif dinlərin nümayəndələrinin dostluq şəraitində yaşamaları ölkəmizi bənzərsiz məkana çevirib

«Azərbaycan dünyada enerji resursları ilə zəngin dövlət olmaqla yanaşı, həm də tolerant və multikultural ölkə kimi tanınır». Bu fikri AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib.

Y.Mahmudov bildirib ki, əsrlər boyu bir çox fərqli sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşməsi Azərbaycanda multikulturalizmin yaranmasına səbəb olub. Onun sözlərinə görə, Azərbaycanda mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti, müxtəlif dinlərin, etnik qrupların nümayəndələrinin sülh, dostluq şəraitində yaşamaları ölkəmizi bənzərsiz məkana çevirib.

«Bu gün ölkəmizin ictimai-siyasi həyatında multikulturalizmə böyük önəm verilir. Ümummilli lider Heydər Əliyevin müdrikliyi nəticəsində multikulturalizm Azərbaycanda dövlət siyasəti elan olunub və bu kurs hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə əsrlər boyu formalaşmış tolerantlığın, etnik-mədəni, dini müxtəlifliyin qorunmasını və inkişafını təmin etmək, Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modellərini tədqiq və təşviqi məqsədilə Prezident İlham Əliyev məqsədyönlü siyasət həyata keçirir»- deyə, Y.Mahmudov  vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv