YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Erkan Özoral: Aprel döyüşləri Azərbaycan Ordusunun nəyə qadir olduğunu göstərdi

Türkiyə ilə Azərbaycan iki qardaş dövlətdir. Hər iki ölkənin ən böyük problemi Qarabağ məsələsidir.

Bu sözləri jurnalistlərə müsahibəsində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Diplomat bildirib ki, Türkiyə Azərbaycanla birlikdə bu problemin ən qısa zamanda qardaş ölkənin ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllini arzulayır: “Problemin qısa zamanda həllini və qaçqın və məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtmasını istəyirik. Hər şeydən önəmli bu problemin sülh yolu ilə həll edilməsidir. Müzakirələrin nəticə verməsi üçün hər kəs məsuliyyətini dərk etməlidir. Ötən il baş verən aprel döyüşləri Azərbaycan Ordusunun nəyə qadir olduğunu göstərdi. Hər kəs bunu gördü. Buna görə də lazım gələrsə, münaqişənin həlində format dəyişikliyinə gedib, diplomatik çalışmaların nəticə verməsi üçün əmək sərf edilməlidir”.