YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavid Osmanov: Ölkəmizin bir çox bölgələrində sənaye məhəllələrini yaratmaq üçün böyük potensial var

«Qeyri-neft sektorunun strukturunda sənayenin xüsusi çəkisi var. Sənayenin inkişafı bütövlükdə iqtisadiyyatın inkişafı üçün mühüm əhəmiyyət kəsb edir». Bu fikirləri Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki,  Azərbaycanda hazırda bir neçə sənaye parkı və məhəllələri si yaradılıb. Onun fikrincə,  ölkəmizin bir çox bölgələrində sənaye məhəllələri yaratmaq üçün böyük potensial var.

«Bir çox bölgələrdə sənaye müəssisələri artıq mövcuddur. Sənaye məhəllələri yaradılarkən sənaye istehsalı, infrastruktur və bazar imkanları təhlil olunaraq qərar verilir. Bu məhəllələrin yaradılması həm də rayonların özlərinin də iqtisadiyyatlarının inkişafına geniş töhfə verəcək. Bu həm də həyata keçirilən dövlət siyasətidir. Sənaye park və məhəllələrində yaradılmış infrastruktur və güzəşt-dəstək sxemləri tamamilə dünya praktikasına uyğundur. Bundan əlavə, ölkə Prezidentin təşəbbüsü ilə qəbul edilmiş qanun və qərarlar sənaye zonalarına investorların gəlməsi üçün əlavə stimullar yaradıb. Belə müəssiələrin yaradılması minlərlə iş yerinin açılması deməkdir»- deyə, deputat qeyd edib.