YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ukraynalı deputat: Azərbaycanın siyasi və iqtisadi modeli başqa ölkələr üçün örnəkdir

Azərbaycan çox uğurlu inkişaf yolu keçir. Bu, onu göstərir ki, Azərbaycanın güclü lideri var. Azərbaycanın siyasi və iqtisadi modeli başqa ölkələr üçün örnəkdir.

Bu fikri Ukrayna Ali Radasının deputatı Sergey Melniçuk deyib.

Deputat bildirib ki, Azərbaycan və Ukrayna arasında münasibətlər strateji xarakter daşıyır. Bu gün Azərbaycanın iş adamları Ukrayna iqtisadiyyatına sərmayə qoymaqdadır və bu sahədə iş uğurla davam etdiriləcək.

S.Melniçuk qeyd edib ki, Ukraynada xarici investorlar üçün əlverişli şərait yaradılıb və Azərbaycan iş adamları bundan çox səmərəli istifadə edirlər.