YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Andorrada keçiriləcək toplantıda “dondurulmuş” münaqişələrin həlli müzakirə ediləcək

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşəbbüsü ilə sentyabrın 4-7-də Andorrada “Avropada etimadın bərpa olunması” mövzusunda toplantı - Ali Dərəcəli Təşəbbüs reallaşdırılacaq.

Komitədən bildirilib ki, əsas məqsəd Avropada və ona qonşu olan daha geniş coğrafiyada təhlükəsizlik mühitinin gücləndirilməsi, xüsusilə də “dondurulmuş” münaqişələrin həlli üçün yeni metodların tapılmasıdır. Təşəbbüs müəllifləri hesab edir ki, mövcud nizamlama normativlərinin yararsızlığı artıq özünü bütün dünyada göstərməkdədir.

Toplantıda Latviya, Finlandiya, Albaniya, Serbiya, Xorvatiya, Bolqarıstan, Rumıniya, Türkiyə, Ukrayna, Gürcüstan, Misir, Liviya, Andorra kimi ölkələrin yüksək vəzifəli rəsmilərinin iştirakı planlaşdırılıb.

Toplantı ilə bağlı Andorrada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri və bu ölkənin sabiq Baş naziri Oskar Ribas arasında işçi görüş keçirilib.