YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Azərbaycan iqtisadiyyatı ötən dövr ərzində dayanıqlı inkişafını davam etdirib

«Azərbaycan iqtisadiyyatı ötən dövr ərzində dayanıqlı inkişafını davam etdirib». Bu fikri Milli Məclisin deputatı Xanhüseyn Kazımlı deyib.

X.Kazımlı bildirib ki, mükəmməl iqtisadi strategiya nəticəsində  Azərbaycan iqtisadiyyatı şaxələndirilib. Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının çoxşaxəli olması və və neftdən kənar sahələrin artımı iqtisadi dinamikanın dayanıqlılığını təmin edib.

«Sevindirici haldır ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı həyata keçirilən siyasət, qeyri-neft sektorunun inkişafı iqtisadiyyatımızın surətlə inkişafına səbəb olub. Qeyri-neft sektorunun artım tempi iqtisadiyyatın strukturunda keyfiyyət dəyişikliklərinin, şaxələndirmə siyasətinin mühüm göstəricisi sayıla bilər. Xüsusilə də, sənayeləşmənin geniş vüsət alması iqtisadiyyatda ağırlıq mərkəzinin qeyri-neft sahələrinin üzərinə düşür. Artıq bu onu göstərir ki, qeyri-neft və sənayenin qeyri-neft bölməsinin dayanıqlı inkişafı iqtisadiyyatda güclü dinamika və şaxələnmə siyasətinin möhkəm təməlləri mövcuddur. Bu siyasi və iqtisadi kurs respublikamızda iqtisadi artımın başlıca mənbəyinin qeyri-neft sektoru olduğunu şərtləndirir»- deyə, deputat qeyd edib.