YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xoşbəxt Yusifzadə: “Azəri”, “Çıraq” və “Günəşli” yataqlar blokunun ehtiyatlarının artması ehtimalı var

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlar blokunun (AÇG) ehtiyatlarının artması ehtimalı var.

Bu barədə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib. O bildirib ki, AÇG-də böyük ehtiyatlar mövcuddur və burada hələ görüləcək çox iş var. İndiyədək AÇG-dən 436 milyon ton neft hasil edilib və blokun çıxarılmamış ehtiyatları 500 milyon ton həcmində qiymətləndirilir. Lakin bu hələ son rəqəm deyil. Yataqların ehtiyatının atması ehtimalı var.