YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İntiqam Babayev: Dövlət proqramı Azərbaycan gənclərinin inkişafında yeni bir mərhələ olacaq

«Prezident İlham Əliyev tərəfindən "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncamın imzalanması əlamətdar haldır». Bu fikri gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

İ.Babayev bildirib ki, dövlət proqramı Azərbaycan gənclərinin inkişafında yeni bir mərhələ olacaq. Onnu sözlərinə görə, məhz növbəti neft sazişi imzalandıqdan sonra gənclərə yönəlmiş dövlət sənədinin qəbul edilməsi rəmzi xarakter daşıyır. Hər iki sənəd Azərbaycanın gələcəyini, inkişafını nümayiş etdirir.

«Azərbaycanda gəncliyin inkişaf strategiyası qəbul olunub və bu çərçivədə müəyyən dövrləri əhatə edən dövlət proqramları hazırlanır, icra edilir. 2017-2021-ci illəri əhatə edən sənəd sayca artıq 3-cü dövlət proqramıdır. Bu proqramda müasir dövrün tələblərinə cavab verən, eyni zamanda gənclərin inkişaf strategiyasından irəli gələn hədəflər öz əksini tapıb»- deyə, nazir müavini vurğulayıb.