YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda “TurAz Qartalı - 2017” təlimləri başlayıb

Sentyabrın 18-dən ölkəmizdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə “TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimləri başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 30-dək davam edəcək təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinə məxsus “MiQ-29”, “F-16”, “Su-25”, “C-130 Herkules”, “CASA CN-235” təyyarələri və “Mi-35”, “Mi-17”, “Sikorski S-70” helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.