YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Görülən sistemli işlər nəticəsində ölkəmizin qeyri-neft sektorunda ixrac potensialı əhəmiyyətli dərəcədə artırılacaq

«Regionaların sosial-iqtisadi inkişafına dair dövlət proqramları yüz  illər boyu müstəqil Azərbaycanın tarixində qalacaq çox uğurlu layihədir. Bu layihə 2004-cü ilin fevralından həyata keçirilir ki, artıq onun üçüncü mərhələsi reallaşdırılır». Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyevdir.

M.Quliyev bildirib ki, bu proqramın həyata keçirilməsində məqsəd, qeyri-neft sektorunun inkişafını təmin etmək, respublikanın bütün regionlarını proporsional şəkildə inkişaf etdirmək, neft sektorundan gələn gəlirləri qeyri-neft sektorunun inkişafına yönəltmək və Azərbaycanın neftdən asılılığını aradan qaldırmaqdan ibarətdir. Eyni zamanda, rayonların və onların kəndlərinin inkişaf səviyyəsini qaldırmaq, əhalinin məskunlaşmasını və məşğulluğu təmin etmək, yerlərdə normal gəliri olan iş yerləri ilə təmin etmək də başlıca məqsədlərdən biridir.

«Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramının birinci və ikinci mərhələsi investisiya qoyuluşlarına, infrastrukturun yaradılmasına, magistral  yolların çəkilməsinə, elektrik energisi sisteminin yenidən qurulmasına, qaz təminatının yaxşılaşdırılmasına, bu sahədə xüsusi layihələrin həyat keçirilməsinə yönəlmişdi. Eyni zamanda, yeni iş yerlərinin açılması, turizmin inkişafı, aqrar sektorun inkişafı da diqqət mərkəzində olub.  Artıq üçüncü mərhələ isə açılmış iş yerlərinin rəqabətqabiliyyətli məhsul istehsalını qarşıya məqsəd qoyub. Məqsəd Azərbaycan brendlərinin, Azərbaycan markalı məhsulların xarici bazarlara çıxarılmasını təmin etməkdir. Artıq keyfiyyətli məhsullarımız istehsal olunur ki, onların ixracı ilə məşğuluq. Bir sıra məhsullar var ki, onları xarici bazarlara çıxarmaqla ölkəmizə yeni kapital gətirməyə çalışmalıyıq. Sevindirici haldır ki, bu istiqamətdə müsbət nəticələr əldə olunmaqdadır. Görülən sistemli işlər nəticəsində ölkəmizin qeyri-neft  sektorunda ixrac potensialı əhəmiyyətli dərəcədə artırılacaq»- deyə, M.Quliyev vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv