YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Prezident İlham Əliyevin BMT sessiyasında çıxışı erməni yalanlarının ifşa edilməsi baxımından səciyyəvi oldu

«Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 72- ci sessiyasının açılışında etdiyi çıxış həm Azərbaycan həqiqətlərinin nufuzlu beynəlxalq aktorlara çatdırılması, həm də despotik erməni rejiminin yalanlarının ifşa edilməsilə səciyyəvi oldu. Prezident İlham Əliyev ilk növbədə orta əsr təfəkkürü ilə yaşayan despotik və korrupsiyaya uğramış hərbi xunta rejiminin hələ də Azərbaycan torpaqlarını işğal aıtinda saxladığını diqqətə catdıraraq bunun yolverilməz olduğunu bildirdi. Bu işğalda azərbaycanlılara qarşı soyqırımı törədənlərdən birinin elə Ermənistan prezidenti olduğunu söyləyərək bu vaxta qədər problemin həll edilmədiyinin səbəbi kimi dünyada mövcud olan ikili standartları göstərdi». Bu fikirləri yap.org.az saytına açıqlamasında «Yeni Azərbaycan» qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu qeyd edib  ki, BMT Təhlükəzsilik Şurasının 4 qətnaməsinin yerinə yetirilməməsinin anlaşılmaz olduğunu vurğulayan Prezident İlham Əliyevin artıq belə məsələlərin öz həllini tapması üçün BMT -də müvafiq mexanizmlərin yaradılmasının vaxtının çatdığını bildirdi. Onun sözlərinə görə, bu təklif hazırda islahatların aparılmasının zəruru olduğu bildirilən ən nüfuzlu beynəlxalq təşkilat olan BMT-nin yenidən təşkilatlanaraq daha effektiv fəaliyyət göstərməsi baxımından olduqca aktual idi: «Çünki beynəlxalq münasibətlərin hazırki mürəkkəb mərhələsində BMT üzvü olan çoxsaylı dövlətlərin ərazi bütövlüyü pozulur,beynəlxalq hüququn tələbləri yerinə yetirilmir, BMT tərəfindən tanınmış sərhədlər siyasi xəritədən silinir. BMT isə bunların qarşısını almaq üçün müvafiq struktura malik deyil. Belə olan halda isə dünyanı xaos bürüyür, etnik separatçılıq baş alıb gedir, milli dövlətlər dağılır ki, bu da beynəlxalq münasibətlərin gələcəyi üçün yaxşı heç nə vəd etmir. Prezident İlham Əliyev məhz bu kontekstdə bir daha Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini diqqətə çatdıraraq hazırki mərhələdə Ermənistana beynəlxalq sanksiyaların tətbiq edilməsinin vacib olduğunu bildirdi.Eyni zamanda qeyd etdi ki, İƏT üzvü olan ölkələr işğalçı Ermənistanla münasibətlərə məhdudiyyətlər qoymalıdırlar.Bu fikirlər təkcə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması baxımından deyil həm də istər post-sovet məkanında istərsə də Yaxın Şərqdə bənzər problemlərin həlli yollarının tapəlması baxımından olduqca rasional və düzgün fikirlər idi».

Millət vəkili bildirib ki, əgər BMT doğurdan da öz nizamnamə tələblərinin və beynəlxalq hüququn yerinə gətirilməsini istəyirsə mümkün islahatlar prosesində mütləq bunları nəzərə almalıdır. Prezident İlham Əliyev işğalçı Ermənistana bir daha xəbərdarlıq edərək bildirdi ki, aprel döyüşləri təkrarlana bilər.Ona görə də beynəlxalq birlik Ermənistan rejiminin faşizm və terror siyasətinə son qoymalıdır. «Yüksək tribunadan səsləndirilən bu cəsarətli fikir əslində Ermənistanla bərabər həm də onun işğalçılıq siyasətinə bu və ya digər səviyyədə dəstək verən ölkələrə ünvanlanmış mesaj idi. Prezident İlham Əliyev bir daha diqqətə çatdırdı ki, Azərbaycan inkişaf edən , hüquqi, demokratik dövlətdir. Ölkəmizdə ksenofobiya, etnik və dini ayrı-seçkilik yoxdur. Azərbaycan çox böyük regional və beynəlxalq layihələr həyata keçirir. Bu layihələr ətrafında olduqca geniş əməkdaşlıq platforması yaranınıb. Ölkəmiz beynəlxalq dialoq və tərəfdaşlıq  məkanına çevrilib. Azərbaycanın beynəxalq nüfuzu daima artır. Həyata keçirilən bu siyasət sayəsində regionumuzda sabitlik hökm sürür. Ona görə də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq və BMT Təhlükəzizlik Şurasının qətnamələri əsasında həll edilməlidir . Prezident İlham Əliyevin BMT Baş Asambleyasındakı çıxışı ən aktual beynəlxalq və regional problemlərin həlli ilə bağlı irəli sürülən rasional təkliflərlə yadda qalmaqla, həm də Azərbaycanın mühüm və nüfuzlu tədbirdə ən yaxşı təqdimatı kimi səciyyəvi oldu»- deyə, H.Babaoğlu vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv