YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Müasir Azərbaycan Respublikasının din və siyasətin qarşılıqlı münasibətlərində üstünlük verdiyi model onların yanaşı yaşamasını nəzərdə tutur

«Müasir Azərbaycan Respublikasının din və siyasətin qarşılıqlı münasibətlərində üstünlük verdiyi model onların yanaşı yaşamasını nəzərdə tutur. Belə olduğu təqdirdə bu təhdidlərin ölkəmizdə yayılması mümkün deyil. Doğrudur, müəyyən xarici qüvvələr separatizm, dini radikalizm, ekstremizm kimi təhlükəli tendensiyaların ölkəmizə də inteqrasiya olunmasına cəhdlər edirlər». Bu fikirləri yap.org.az saytına müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, Azərbaycan dövlətinin ədalətli, əhalinin rifah və təhsil səviyyəsinin artırılmasına yönəldilmiş siyasəti, o cümlədən dini maarifləndirmə istiqamətində görülən işlər sayəsində ölkəmizdə dini fanatizm və radikalizmin vüsət almasına baza yoxdur. Çünki Azərbaycan kimi təhsil səviyyəsi yüksək, kasıblıq göstəricisi aşağı və ədalətlə idarə olunan dövlətlərdə vətəndaşlar dünyəvi, demokratik, liberal dəyərlərə, mötədil dini əqidələrə üstünlük verir, fundamentalist, ifratçı, dözümsüz ideologiyalara ikrahla yanaşırlar.

 «Dini radikalizmin fəsadlarına baxdıqda xurafat və dinin siyasiləşməsi problemləri ilə qarşılaşırıq. Xurafat günümüzün bəlasıdır. İnsanların dini savadsızlığı, İslamı düzgün başa düşməmələri nəticədə onları radikallığa və ekstremizmə gətirib çıxarır. Bunları nəzərə alaraq, Dövlət Komitəsi xüsusən gənclər arasında xurafatın, eləcə də zərərli vərdişlərin, zərərli dini cərəyanların təbliğ etdiyi ideyaların yayılmaması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Eləcə də bu mövzularda mütəmadi olaraq mətbu orqanlarda və KİV-də maarifləndirici çıxışlar edir»- deyə, Dövlət Komitəsinin sədri vurğulayıb.