YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlılıq və şəffaflıq problemləri” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən iqtisadi inkişafın dayanıqlılığını və davamlılığını təmin edə biləcək mühüm bir sənəd kimi dəyərləndirilən "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi"ndə nəzərdə tutulmuş kompleks tədbirlər sırasında hesabatlılığın təkmilləşdirilməsi və şəffaflığın artırılması xüsusi vurğulanıb.

Bu sahədə mövcud problemlərin həlli yollarını araşdırmaq, qabaqcıl təcrübədən bəhrələnməklə müvafiq tövsiyələrin hazırlanması məqsədilə Auditorlar Palatası və Azərbaycan İqtisadçılar İttifaqının təşkilatçılığı ilə sentyabrın 22-də "Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlılıq və şəffaflıq problemləri" mövzusunda beynəlxalq elmi-praktik konfrans işinə başlayıb. Konfransda 15 ölkədən 65 qurumdan 150 nümayəndə iştirak edir.

Konfransda çıxış edən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə son dövrlər ölkəmizdə həyata keçirilən iqtisadi islahatlardan, yenidənqurma və quruculuq işlərindən, hesabatlılıq və şəffaflıq sahəsində aparılan işlərin əhəmiyyətindən danışıb.

Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi - şöbə müdiri Natiq Əmirov Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub.

Auditorlar Palatasının sədri Vahid Novruzov deyib: “Dünya iqtisadiyyatında baş verən təlatümlər iqtisadiyyatın tənzimlənməsində və idarə edilməsində bir sıra problemlərin aktuallığını daha da artırıb ki, bunların da içərisində şəffaflığın yüksəldilməsi, bununla əlaqədar hesabatlılığın, uçotun və nəzarət sisteminin təkmilləşdirilməsi müstəsna əhəmiyyət daşıyır. Bugünkü tədbir bu problemlərin həllində ölkəmizin elmi-praktik potensialından bəhrələnmək məqsədi daşıyır”.

Konfransda 40-a yaxın məruzə və 100-dən çox tezis müzakirə ediləcək.

DİGƏR Xəbərlər Arxiv