YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Azərbaycan bu gün Dayanıqlı İnkişaf Məqsədlərinə nail olma sahəsində konkret nəticələrə malikdir

Milli Məclisin sədr müavini Bahar Muradova "Avronest" Parlament Assambleyasının Sosial məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyətləri üzrə komitəsi“, Əhali və İnkişaf üzrə Avropa Parlament Forumunun və BMT-nin Azərbaycandaki ofisinin birgə təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə dair Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi” mövzusunda keçirilən konfansda bildirib ki, Azərbaycan müstəqilliiyini əldə etdikdən sonrakı ötən müddətdə mühüm nailiyyətlər əldə edib. Ölkəmiz iqtisadi inkişaf üçün mühüm şəraitin yaradılması, yaxın və uzaq ölkələrlə əlaqələrin qurulması sahəsində ciddi işlər görüb və çox məsuliyyətli tərəfdaş olduğunu sübut edib.

Belə bir tədbirin Azərbaycanda keçirilməsinin olduqca əhəmiyyətli olduğunu deyən vitse-spiker qeyd edib ki, Dayanıqlı İnkişaf Məqsədlərinin inkişafının sağlam həyat, sağlam ekoloji mühti dayanır.

Onun sözlərinə görə, qadınlar, uşaqlar və onların problemləri istənilən cəmiyyət üçün priorotet təşkil edir. Azərbaycan bu gün Dayanıqlı İnkişaf Məqsədlərinə nail olma sahəsində konkret nəticələrə malikdir və Dayanıqlı Inkişaf Məqsədlərinə nail olmaq üçün konkret işlər görüb: “Bizim imkanlarımız, resurslarımız imkan verir ki, problemləri həll edək. Lakin bəzən bizdən asılı olmayan bəzi problemlər onların həllinə, qarşımıza çıxan çağırışlara nail olmağa imkan vermir”.

Bütün parlament nümayəndələrinə fəal olmağa çağıran B.Muradova qeyd edib ki, Azərbaycan təcrübəsinin ölkələr arasında yayılması da önəmli olar.

DİGƏR Xəbərlər Arxiv