YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rafael Hüseynov: Azərbaycanla danışıqlar aparan Ermənistan hadisələrin üst tərəfindən olan obrazdır

«Azərbaycanın məqsədi və ortaya qoyduğu əsas prinsip odur ki, Ermənistan işğal altında saxladığı Dağlıq Qarabağı və digər ərazilərimizi işğaldan azad etməli, Dağlıq Qarabağ da Azərbaycanın tərkibində olmalıdır». Bu fikri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, Milli Məclisin komitə sədri  Rafael Hüseynov deyib.

R.Hüseynov bildirib ki, beynəlxalq sənədlərdə Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi kimi tanınır. Onun sözlərinə görə, Azərbaycan beynəlxalq hüququn, təcrübənin tətbiqi etdiyi ən yüksək statusu Dağlıq Qarabağa verməyə hazır olduğunu bəyan edib.

«Qarabağsız Azərbaycan yoxdur. Bu istiqamətə yönəldilən bütün başqa fikirlər və təhlillər qəbuledilməzdir. Ermənistan Azərbaycanın bu ərazilərini nə özünün iqtisadi potensialı, nə də hərbi potensialı ilə işğal etmək gücündə olmayıb. Ermənistanın arxasında dayanan güclər, lobbilər və digər qüvvələr var. "Torpaqları Ermənistan işğal edib" dedikdə, Ermənistanı çox şişirtmiş oluruq. Azərbaycanla danışıqlar aparan Ermənistan hadisələrin üst tərəfindən olan obrazdır. Onun arxasında yenə də dayanan qüvvələr var. Onlar nəyi diktə edirlərsə, Ermənistan da onu edir»- deyə, R.Hüseynov qeyd edib.