YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: BMT-də islahatların aparılması nəticə etibarı ilə bu təşkilatın imicinin bərpasına gətirib çıxara bilər

«BMT-nin ali tribunasından Prezident İlham Əliyev bu qurumun Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, bununla da Ermənistanı işğalçı elan etdiyi və işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən 4 qətnaməsinin də işləmədiyini, kağız üzərində qaldığını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Artıq islahatların aparılması ilə bağlı BMT-də müzakirələr gedir». Bu fikirləri Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, islahatların baş tutması BMT Baş Assambleyası, həmçinin bu qurumun Təhlükəsizlik Şurası kimi mühüm orqanlarında islahatların keçirilməsi nəticə etibarı ilə bu təşkilatın imicinin bərpasına gətirib çıxara bilər. Çünki BMT-nin çox hallarda bir ölkə ilə bağlı qəbul etdiyi qətnamələr heç mürəkkəbi qurumamış həyata keçirilir, amma başqa bir halda, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrin sadəcə kağız parçası səviyyəsində olması reallığı mövcuddur.

«BMT-də olan islahatlar ilk növbədə onun qəbul etdiyi qətnamələrin icrası mexanizmlərini özündə ehtiva edəcək. BMT nizamnaməsinin 25-ci maddəsində yazılıb ki, Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrası məcburidir. Belə olan halda, niyə bu qurum nizamnaməsinin 25-ci maddəsinə əməl etmir? Axı, 4 qətnamə qəbul edilib, bunlar 25-ci maddəyə uyğun icra olunmalıdır? Amma təəssüflər olsun ki, icra olunmur. Deməli, problem ondadır ki, BMT-də islahatlar aparılmalıdır, fəaliyyəti ikili standartlardan uzaq olmalıdır. Bu qurumda elə bir mexanizm formalaşmalıdır ki, qərar qəbul ediləndən dərhal sonra onun icra mexanizmi də işə düşsün. Bunlar olmayanda, beynəlxalq ictimaiyyətin nəzərində BMT-nin imicinə ciddi zərbə dəyir. Hesab edirəm ki, bunu BMT rəhbərliyi hamıdan çox hiss edir»- deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv