YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Neft sektoruna investisiya qoyuluşu 30 faiz artıb

Yanvar iyul aylarında neft bölməsinə 3 mlrd. 453,3 milyon manat həcmində vəsait yönəldilib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, qeyri-neft bölməsinin inkişafına sərf edilmiş vəsaitin həcmi 5 mlrd. 622,2 milyon manat təşkil edib. O cümlədən, 720,4 milyon manat (ümumi sərmayənin 7,9 faizi) qeyri neft sənaye bölməsinin inkişafında istifadə edilib.

Qeyri neft bölməsinə yönəldilmiş vəsaitin 65,5 faizi dövlət, 34,5 faizi qeyri dövlət mülkiyyətli müəssisə və təşkilatların payına düşüb.
Beləliklə də, neft sektoruna investisiya qoyuluşu ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz artıb.

Qeyd edək ki, ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün 2014 cü ilin yanvar iyul aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 9 mlrd. 75,5 milyon manat vəsait yönəldilib, onun 72,7 faizi tikinti quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 3 faiz, tikinti quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi 13 faiz artıb.