YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pakistan İslam Respublikasının xarici işlər naziri: Pakistan dost ölkə olan Azərbaycan ilə münasibətlərin inkişafına xüsusi önəm verir

Pakistan dost ölkə olan Azərbaycan ilə münasibətlərin inkişafına xüsusi önəm verir.

Bu fikir Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Pakistan İslam Respublikasının xarici işlər naziri Kavaca Asif ilə görüşündə səslənib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə E.Məmmədyarov Pakistanın Azərbaycanın dövlət müstəqilliyinin bərpasını tanıyan ilk dövlətlərdən olduğunu və bu ilin diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü ilə əlamətdar olduğunu xatırladaraq, iki dövlət arasında əməkdaşlığın ikitərəfli və çoxtərəfli müstəvidə yüksək səviyyədə inkişafından məmnunluğunu ifadə edib. Dostluq və qardaşlıq xarakterli münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolunu vurğulayan E.Məmmədyarov bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin fevralında Pakistana səfərini xüsusi qeyd edib.

Nazir K.Asif Pakistanın dost ölkə olan Azərbaycan ilə münasibətlərin inkişafına xüsusi önəm verdiyini deyib.

Söhbət zamanı Azərbaycan ilə Pakistan arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyi vurğulanıb, energetika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi barəsində məlumat verərək, Ermənistanın işğal olunmuş ərazilərdə xalqımızın maddi-mədəni irsini, İslam dininə aid ibadət ocaqlarını vəhşicəsinə talan və məhv etdiyini, qoşunların təmas xətti boyunca mülki insanları, o cümlədən uşaq və qadınları qəsdən hədəfə aldığını diqqətə çatdırıb.

Nazirlər, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərlə yanaşı, BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəliyində duran məsələlər barəsində də fikir mübadiləsi aparıblar.

DİGƏR Xəbərlər Arxiv