YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Tbilisidə keçiriləcək üçüncü İpək Yolu Beynəlxalq Forumuna dəvət olunub

28-29-da Tbilisidə üçüncü İpək Yolu Beynəlxalq Forumu keçiriləcək.

Gürcüstanın Sənaye-Ticarət Palatasından bildiriblər ki, Azərbaycan da bu foruma dəvət olunub və ölkəmiz tədbirdə rəsmi nümayəndə heyəti ilə iştirak edəcək.

Məlumata görə, forumda ticarətin asanlaşdırılması, elektron kommersiyanın inkişafı, rəqəmsal rabitə, nəqliyyat infrastrukturu və enerji sektorunun inkişafı və modernləşdirilməsi və s. aktual məsələlər müzakirə olunacaq.

Sentyabrın 28-də rəsmi açılışdan sonra forum işini panel iclaslarda davam etdirəcək. İkinci gün-sentyabrın 29-da isə Gürcüstanın investisiya imkanları, potensial investorların cəlb olunması məsələləri müzakirə olunacaq, ikitərəfli görüşlər keçiriləcək.

Bildirilib ki, 2015-ci ildə keçirilən birinci forumda 34 ölkədən rəsmi dövlət və hökumət nümayəndə heyəti və 50 ölkədən iş adamları, 2016-cı ildə keçirilən ikinci forumda 30 ölkənin, eləcə də 20 beynəlxalq maliyyə və donor təşkilatının yüksək vəzifəli şəxsləri də daxil olmaqla 1000-ə yaxın qonaq iştirak edib.

Üçüncü forumda isə 1000-dən çox nümayəndənin iştirakı gözlənilir.