YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin təşkili üzrə Yaxın Şərq Agentliyinin rəhbəri Pyer Krahenbul ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci iclası çərçivəsində BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin təşkili üzrə Yaxın Şərq Agentliyinin rəhbəri Pyer Krahenbul ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Pyer Krahenbul fələstinli qaçqınlara yardım göstərilməsi ilə bağlı təmsil etdiyi qurumun son dövrləri əhatə edən fəaliyyət istiqamətləri və gələcək planları barəsində məlumat verib. Görüşdə Azərbaycanın fələstinli qaçqınların həyat şəraitin yaxşılaşdırılmasına və Agentliyin ənənəvi təhsil, səhiyyə və digər proqramlarının gücləndirilməsinə göstərdiyi humanitar dəstəyi yüksək qiymətləndirilib.

Görüşdə, həmçinin Agentlik və Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.