YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin birgə təlimləri başlayıb

Sentyabrın 25-də Tbilisidəki Krtsanisi təlim mərkəzində Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələrinin iştirakı ilə hərbi təlimlər başlayıb.

“Eternite” şərti adı altında keçirilən təlimin əsas məqsədi enerji, eləcə də irimiqyaslı infrastruktur layihələrinin mühafizəsinin təşkilidir. Bir həftə davam edəcək təlimlərdə hər üç ölkənin hərbçiləri layihələrin mühafizəsi və təhlükəsizlik tədbirlərinin təşkili ilə bağlı fikir mübadiləsi aparacaq, bu sahədə qabaqcıl təcrübəni öyrənəcəklər.

Təlimin açılışında Gürcüstan, Azərbaycan və Türkiyə Silahlı qüvvələrinin nümayəndələri, Azərbaycanın Gürcüstandakı səfirliyinin hərbi attaşe aparatının rəhbəri, polkovnik-leytenant Fuad İbrahimov və müavini, mayor Elcan İmamverdiyev iştirak ediblər.