YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Stavropolda Rusiya-Azərbaycan regionlararası forumu işə başlayıb

Sentyabrın 28-də Stavropolda “İnvestisiyalar, innovasiyalar, turizm” mövzusunda VIII Rusiya-Azərbaycan regionlararası forumu işə başlayıb.

Azərbaycanın İqtisadiyyat Nazirliyi və Rusiyanın İqtisadi İnkişaf Nazirliyi tərəfindən təşkil olunan forumda nazir Şahin Mustafayevin rəhbərliyi ilə 120 nəfərdən ibarət nümayəndə heyəti iştirak edir. Forumda sənaye və humanitar sahələrdə əməkdaşlıq, turizmin inkişafı, səhiyyə sahəsində innovasiyalar və digər mövzularda “dəyirmi masa”lar, işgüzar əlaqələr birjası keçiriləcək, ikitərəfli əməkdaşlığa dair sənədlər imzalanacaq.

Bir gün əvvəl forum iştirakçıları Stavropol vilayətinin Pyatiqorsk şəhərində olublar. Qubernator Vladimir Vladimirovun müşayiəti ilə nümayəndə heyəti şəhərin görməli yerlərini gəzib, Kirov adına sanatoriyada ümummilli lider Heydər Əliyevin xatirə lövhəsinin önünə gül dəstəsi qoyublar.

Rusiya-Azərbaycan regionlararası forumu 2010-cu ildən keçirilir. Ötən il Bakıda keçirilən forumda hər iki ölkəni təmsil edən 70-dən çox şirkətdən 500-dən artıq iş adamı iştirak edib, ikitərəfli əməkdaşlığa dair 12 sənəd imzalanıb.

Rusiya Azərbaycanın əsas ticarət-iqtisadi tərəfdaşıdır. Bu ölkənin Azərbaycana yatırdığı investisiyanın məbləği 3 milyard dollardan çoxdur. Cari ilin 7 ayı ərzində iki ölkə arasında əmtəə dövriyyəsi 1,1 milyard dollar təşkil edib. Rusiya regionlarının yarısından çoxu Azərbaycan ilə ticarət-iqtisadi, elmi-texniki və mədəni sahələrdə ikitərəfli sazişlər imzalayıb.