YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nurəddin Canikli: Azərbaycan və Türkiyə Silahlı qüvvələrinin birgə təlimləri davam etdiriləcək

Azərbaycan və Türkiyə Silahlı qüvvələrinin birgə təlimləri daha çox hərbi birləşmə və texnikanın iştirakı ilə keçiriləcək.

Bunu Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli sentyabrın 28-də jurnalistlərə müsahibəsində deyib.

N.Canikli bildirib ki, Azərbaycan və Türkiyə Silahlı qüvvələrinin birgə təlimləri gələcəkdə də davam etdiriləcək. Bundan sonra təşkil ediləcək birgə təlimlərə daha çox hərbi birləşmə və texnika cəlb olunacaq. “Biz Azərbaycana bütün sahələrdə dəstək verməyə hazırıq. Silahlı qüvvələrimiz bir-birinə hər cür dəstək verməyə hazırdır. İki qardaş ölkə arasında bütün sahələr üzrə qarşılıqlı anlaşmalar var. Əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün möhkəm siyasi iradə mövcuddur”, - deyə Türkiyənin milli müdafiə naziri vurğulayıb.