YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Belarusun səhiyyə naziri: Azərbaycanda əczaçılıq sənayesinin inkişafında iştirak etməyə hazırıq

Belarus Bakıda keçirilən beynəlxalq səhiyyə sərgisinin ənənəvi iştirakçısıdır. Bu illər ərzində iki ölkənin tibb mütəxəssisləri arasında nəinki möhkəm işgüzar əlaqələr, həmçinin dostluq münasibətləri təşəkkül tapıb. Bundan əlavə, artıq neçə ildir ki, belaruslu həkimlər azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsi aparırlar. Hesab edirəm ki, Bakıda belə tədbirlərin keçirilməsi ölkələrimiz arasında ənənəvi əlaqələrin güclənməsinə imkan yaradacaq. Beynəlxalq sərginin çox gözəl təşkilini də xüsusi qeyd etmək istəyirəm. Hər şey yüksək səviyyədə hazırlanıb.

Bu fikirləri jurnalistlərə müsahibəsində 23-cü Azərbaycan Beynəlxalq Səhiyyə “BIHE 2017” sərgisinin iştirakçısı, Belarus Respublikasının səhiyyə naziri Valeri Malaşko söyləyib.

Azərbaycanın əczaçılıq sənayesini inkişaf etdirmək istədiyini vurğulayan V.Malaşko qeyd edib ki, onu bu sahənin inkişafında dəstəkləməyə hazır olan Belarus müştərək müəssisənin yaradılmasında maraqlıdır.

“Biz başa düşürük ki, Azərbaycana təkcə hazır dərman preparatlarının ixracında deyil, həm də bu sahənin inkişafında mütəxəssislərin hazırlanmasında kömək lazımdır. Biz Azərbaycanda əczaçılıq sənayesinin inkişafında iştirak etmək istəyirik və buna hazırıq. Hazırda müştərək müəssisənin yaradılması barədə müzakirələr gedir”, - deyə belaruslu nazir əlavə edib.

V.Malaşko, həmçinin səhiyyə sərgisində təşkil edilən Belarus ekspozisiyasının iştirakçıları barədə məlumat verərək deyib: “Belarus sənayesini Azərbaycan bazarında nümayiş etdirmək məqsədilə bu il ölkəmiz əczaçılıq sahəsində aparıcı müəssisələrinin daxil olduğu böyük milli ekspozisiya ilə təmsil olunub. Onların arasında “Belmedpreparat”, “Borisov tibbi preparatlar zavodu”, “Minskinterkaps”, “Nesvij tibbi preparatlar zavodu”, “Belfarmasiya”, “Ekzon”, “Rubikon”, “BelMAPO”, Belarus Travmatologiya və Ortopediya Elmi-Praktik Mərkəzi və digər müəssisələr var. Onlar sərgidə öz imkanlarını nümayiş etdirirlər”.

DİGƏR Xəbərlər Arxiv