YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əsədov: Qeyri-neft sektorunun aparıcı sahəsi olan aqrar sahəyə dövlət tərəfindən lazımi dəstək verilir

«Qeyri-neft sektorunun aparıcı sahəsi olan aqrar sahəyə dövlət tərəfindən lazımi  dəstək verilir». Bu fikri kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

H.Əsədov bildirib ki, bu sahənin inkişafı ilə bağlı yeni yanaşma üsulları tətbiq olunur. O, aqrar sahədə fəaliyyət göstərən istehsalçılar və emalçılar arasında kooperasiya əlaqələrinin inkişaf etdirilməsinin, Azərbaycan brendinin formalaşdırılmasının, sifarişlərin yerinə yetirilməsi zamanı müqavilələrin birbaşa bağlanmasının və müqavilə öhdəliklərinə əməl olunmasının vacibliyini vurğulayıb.

«Kənd təsərrüfatının inkişafına, rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasına dövlət dəstəyi bundan sonra da davam etdiriləcək»- deyə, nazir vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv