YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rabin Moşe Levin: Azərbaycandakı milli – dini tolerantlıq ən yüksək səviyyədədir

«İlk dəfədir ki, Bakı şəhərində oluram. Gördüyüm mənzərə, Bakının gözəlliyi  məni heyran etdi». Bu sözləri Bakıda "Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə" mövzusunda keçirilən 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşünün iştirakçısı, Avropa Ravin Konfransının baş katibi Rabin Moşe Levin deyib.

Rabin Moşe Levin bildirib ki, Azərbaycandakı  milli – dini tolerantlıq ən yüksək səviyyədədir. Onun fikrincə, Azərbaycandan tolerantlıq baxımından dünya ölkələrinin öyrənəcəyi çox şeylər var.

«Azərbaycanda dini və mədəniyyətlərarası heç bir ayrı – seçkilik mövcud deyil. Ölkənizdə müxtəlif dinlərin, millətlərin nümayəndələri qarşılıqlı problemsiz yaşayır və öz etiqadlarını həyata keçirirlər. Biz başqa ölkələrdə belə bir ənənənin şahidi olmamışıq»- deyə, qonaq vurğulayıb.